Ermənistanda iki nəfər donuz qripindən ölüb.
Yenisabah.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, pnevmaniya diaqnozu ilə 209 nəfər xəstəxanaya yerləşdirilib: “Onların 127-si, yəni 60 faizi uşaqdır. 55 nəfər reanimasiyadadır. Reanimasiyada olanların isə 47-si uşaqdır”. pizza hut
Məlumata görə, həmçinin respirator virusa yoluxmuş 584 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur.
Telegram kanalımız