Ermənistanda daha 23 nəfər COVID-19-dan öldü
15 Apr 2021 13:11
150

Ermənistanda daha 23 nəfər COVID-19-dan öldü

Ermənistanda son sutkada koronavirusa 1 014 yoluxma qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 206 142-yə çatıb.

Ölkədə son sutkada daha 23 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 817 nəfərə yüksəlib.

Koronavirusdan sağalanların sayı isə 185 125-ə çatıb. Hazırda 16 236 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Ermənistanda 2020-ci il martın 16-dan sentyabrın 11-dək fövqəladə vəziyyət rejimi tətbiq edilib. Sonra bu qərar karantin rejimi ilə əvəzlənib. Karantin rejiminn müddəti isə 2021-ci il iyulun 11-dək uzadılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər