Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Ermənistanda söz azadlığı boğulur - “Hraparak“
15 Okt 2021 17:00
438

Ermənistanda söz azadlığı boğulur - “Hraparak“

"Zəif və qorxaq bir adam güc qazandıqda təsir alətlərinə sahib olur və cəmiyyət üçün təhlükəli bir obraza gəlib çıxır. Cəmiyyətin bu kimi hallarda zəif müdafiə vasitələri var. Əsasən məhkəmə sistemiylə yanaşı, hüquq və azadlıqlarda da problem olur. Növbəti hədəfin söz azadlığı və media olacağı da çox məntiqli idi".

Yenisabah.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.

Erməni nəşri bu sözləri müxalif “Hayastan" blokunun üzvü Ağvan Vardanyandan sitat gətirib.

Vardanyanın sözünə görə, Ermənistan hakimiyyəti söz azadlığını boğmaq üçün iki vasitədən istifadə edir:

 "Birincisi, müəyyən mövzularda nəşrləri qadağan edirlər, ikincisi, mətbuatın maliyyə axınlarını və gəlirlərini azaltmağa çalışırlar.

Koronavirusla əlaqəli hadisələri xatırlayırsınızmı? Polisin redaksiyaları necə baş çəkdiyi, milyonlarla dram cərimələri təyin etdiyini xatırlayırsınızmı?

Bu cərimələr havada qaldı, çünki bu hökumətin tam səriştəsizliyi üzündən oldu. Müharibə dövründə və sonrasında cəmiyyətin rüsvayçı durumu var. Xalqımızın həqiqətləri müharibə zamanı bildiyini söyləmək gülüncdür. Bu gün hansı vəziyyətdəyik bəs? Həqiqətləri bilirik?”

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər