Bazar günü axşam Kabil hava limanından ayrılmış Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəninin hazırda Özbəkistanda olduğu iddia edilib.
Yenisabah.az "Fars News"a istinadla xəbər verir ki, onunla birlikdə milli təhlükəsizlik müşaviri Həmdullah Moheb və Prezident Administrasiyasının rəhbəri Fəzl Mahmud Fəzlinin də Daşkənddə olduğu deyilir.
Bundan əvvəl Kabildən havalanmış prezident təyyarəsinin Tacikistanın paytaxtı Düşənbəyə yollandığı bildirilmişdi. Dördpendirli pizza
Daha sonra son təyinat yerinin Qazaxıstan olduğu iddia olundu.
Qazaxıstan XİN bu xəbəri təkzib edib.
Əşrəf Qəninin Özbəkistanda qalacağı və ya başqa ölkəyə gedəcəyi hələlik bəlli deyil.
Telegram kanalımız