Əti bu yerlərdən alanlara   VACİB MƏLUMAT

saytların hazırlanması

Evə çatdırılma

Əti bu yerlərdən alanlara VACİB MƏLUMAT

Sosial

14 Sentyabr 2026 15:04 97


İstehlakçının aldığı ətin mənşəyini geriyə doğru izləyərək heyvanın yetişdirildiyi təsərrüfata qədər müəyyənləşdirmək mümkündür.

Bu barədə "Yeni Sabah"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm rol oynayır. Heyvan doğulduğu andan etibarən fərdi identifikasiyası aparılır və onunla bağlı məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Dominos pizza

Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri və digər məlumatların izlənilməsi təmin edilir. Bu isə heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətini izləməyə imkan verir.

AQTA-nın məlumatına görə, identifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, eləcə də heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir.

Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların fərdi identifikasiyası təşkil edir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!