Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu

Kriminal

14 Oktyabr 2026 18:42 1142


Bakıda keçmiş məmurun kürəkəni olmuş Rahib Hüseynov vətəndaşlara qarşı külli miqdarda dələduzluq edib.

“Yeni Sabah” Oxu.Az-a istinadla xəbər verir ki, təqsirləndirilən şəxs Rahib Hüseynov müxtəlif bəhanələrlə vətəndaşların etibarından sui-istifadə edərək onlardan ümumilikdə 317 min manatı alaraq ələ keçirməkdə ittiham olunub.

O, bəzilərinə ev və maşın alıb satmaq, bəzi zərərçəkmişlərə isə dəmir yolu xətlərinin çəkilməsi ilə bağlı materialların Azərbaycana gətirilərək satışına şəriklik təklif edib. Bu adla 10 nəfərin ümumilikdə 317 min manatını ələ keçirməklə dələduzluq etməkdə günahlandırılır. Vətəndaşların şikayətindən sonra polis əməkdaşlarının keçirdikləri tədbirlərlə R.Hüseynov saxlanılıb. Toyuqlu pizza

Məlumata görə, şikayət əsasında R.Hüseynov bir müddət istintaqdan gizlənə bilib. Şikayətçilərin bəziləri məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. Bundan sonra polis əməkdaşları xüsusi əməliyyat keçirib və R.Hüseynov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurulmaqla dələduzluq) maddəsilə cinayət işi başlanılıb və barəsində məhkəmə hökmü ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, R.Hüseynov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq sədr müavini Əvəz Qocayevin kürəkəni olub. R.Həsənov həbs ediləndən sonra Ə.Qocayevin qızı ondan rəsmi qaydada boşanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!