Əvəz Zeynallı dəfn olundu

saytların hazırlanması

Evə çatdırılma

Əvəz Zeynallı dəfn olundu

Sosial

29 Sentyabr 2026 13:40 74


“Xural TV”nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı dəfn olunub.

Musavat.com xəbər verir ki, jurnalist Kürdəxanı qəbiristanlığında, qaynatası, qaynanası və qaynının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib. pizza hut

Əvəz Zeynallının həyat yolu Azərbaycan mətbuatının son onilliklərdəki mürəkkəb və ziddiyyətli dövrlərindən keçib. O, jurnalist fəaliyyəti ilə yanaşı, qəzetçilik, nəşriyyat, tərcüməçilik və ictimai fəaliyyətlə də məşğul olub. Ömrünün son illəri isə məhkəmə prosesi, həbs və ağır onkoloji xəstəliklə mübarizə ilə yadda qalıb.

Əvəz Zeynallı 1 yanvar 1970-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub. 1988-ci ildə Ermənistan SSR-dən digər azərbaycanlılarla birlikdə deportasiyaya məruz qalıb. 1988-1990-cı illərdə Sovet ordusunda hərbi xidmət keçib. Daha sonra Türkiyəyə gedərək Ankara Universitetinin Hüquq fakültəsində təhsil alıb və 1999-cu ildə universiteti bitirib.

Azərbaycana qayıtdıqdan sonra jurnalistika fəaliyyətinə başlayıb.

Əvəz Zeynallının adı Azərbaycan mətbuatında ən çox “Xural” qəzeti ilə bağlı çəkilir.

O, 2002-ci ildə “Xural” qəzetini təsis edib və uzun müddət nəşrin baş redaktoru olub. 2010-cu ildən isə “Xural”ın internet saytı fəaliyyət göstərib. Sonrakı illərdə bu media layihəsi “Xural TV” adı ilə internet televiziyası formatında da fəaliyyətini davam etdirib.

Əvəz Zeynallının həyatında ən ağır dönəmlərdən biri 2011-ci ildə baş verib.

O, həmin ilin oktyabrında həbs edilib. Ona külli miqdarda rüşvət alma, hədə-qorxu ilə rüşvət alma və digər ittihamlar, daha sonra isə vergi məsələləri ilə bağlı ittihamlar irəli sürülüb.

2013-cü il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 9 il müddətinə azadlıqdan məhrum edib. O, 2014-cü ilin dekabrında prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. 2022-ci il sentyabrın 10-da “Xural TV” rəhbəri saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi – külli miqdarda rüşvət alma ittihamı irəli sürülüb. Sonrakı mərhələdə ittihamların dairəsi genişləndirilib. Zeynallı ittihamları qəbul etməyib və həbsinin jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu bildirib.

2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ona 9 il həbs cəzası verib. Sonrakı mərhələdə Ali Məhkəmə ittihamların bir hissəsini çıxarıb və cəzanı iki ay azaldıb. 2025-ci ildə Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, müdafiə tərəfinin vəsatəti təmin olunub və Ə.Zeynallı xəstəliyi səbəbindən cəzadan azad edilib. Əvəz Zeynallının həyatının son onilliyi jurnalistika, məhkəmələr, həbs, yenidən media fəaliyyətinə qayıdış və ağır xəstəliklə mübarizənin bir-birinə qarışdığı dövr olub.

Allah rəhmət eləsin!


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!