Əvəz Zeynallının dəfn tarixi məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Əvəz Zeynallının dəfn tarixi məlum oldu

Sosial

28 Sentyabr 2026 15:06 166


“Xural TV”nin rəhbəri, jurnalist Əvəz Zeynallı sabah dəfn olunacaq.

Bu barədə Musavat.com-a onun keçmiş vəkili Rəşad Vaqifoğlu məlumat verib.

R.Vaqifoğlu bildirib ki, hazırda jurnalistin vida mərasiminin harada keçiriləcəyi və hansı qəbiristanlıqda dəfn olunacağı məlum deyil. pizza

Onun sözlərinə görə, Əvəz Zeynallının nəşi yuyulmaq üçün məscidə aparılır. Bundan sonra jurnalistin nəşi evinə gətiriləcək.

Qeyd edək ki, Əvəz Zeynallının xanımı Məlahət Zeynallı dəfn yerinin müəyyənləşdirilməsi ilə bağlı cavab gözlədiklərini bildirib.

Xatırladaq ki, Əvəz Zeynallı bu gün 56 yaşında vəfat edib. Jurnalist bir müddət idi ki, onkoloji xəstəliklə mübarizə aparırdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!