"Cəmiyyətdə əxlaqsızlığın sayı artmayıb, əxlaqsızlığın sayı həmişə olduğu qədərdir. Sadəcə, bu "peşə", ilə həyat tərzi üçün geniş imkanlar açılıb, geniş meydan verilib, ona görə onlar üzə çıxıb və bizim nəzərimizə çarpır".
Yenisabah.az Faktmedia-ya istinadla xəbər verir ki, bunu Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.
O, cəmiyyətdə tez-tez ailəli qadınların evdən qaçması, azyaşlı qızların özlərindən böyük kişilərlə əxlaqsızlıq etmələrinin artmasının kökündə nəyin dayanmasını şərh edib: Toyuqlu pizza
"Tibdə məhşur bir Kox nəzəriyyəsi var ki, yer üzərində bütün insanlarda vərəm çöpləri mövcuddur, hamıda var. Amma onların inkişaf etməsi üçün, yəni insanların bu xəstəliyə tutulması üçün orqanizmdə bu xəstəlik üçün münbit şərait yaranmalıdır ki, həmin çöplər inkişaf etsin. Qalan insanlar isə, 100 il, 120 il ömür sürürlər və vərəm xəstəliyinə tutulmurlar
Əxlaqsızlıq da belədir. Əxlaqsız insanlar həmişə əxlaqsız olublar, sadəcə zaman elə olub ki, onların bu xislətini üzə çıxarmaq üçün münbit şərait olmayıb və eyni zamanda onları üzə çıxaran cəmiyyət olmayıb. O zaman cəmiyyətdə tabular hökm sürüb, olar-olmazlar hökmranlıq edib, el qınağı, qonşu qınağı, cəmiyyət qınağı olub.
Dövlət bu sahəyə xüsusi nəzarət edib. Ona görə bunlar üzə çıxmayıb. Lakin o insanlar həmişə əxlaqsız olublar. Onların batinində əxlaqsızlığın "vərəm çöpləri" həmişə olub. İndi sadəcə onlar üçün geniş meydanlar açılıb, barlar, restoranlar, otellər, televiziyalar, müxtəlif məclislər, azad hərəkət etmək prinsipləri yaranıb. Hər kəsdə də belə bir qənaət yaranıb ki, "mənim nə işimə qalıb, dünya dağılır".
Sabirin təbirincə desək, "millət necə bərbad olur olsun, nə işim var". Belə bir şəraitdə əxlaqsızlıq baş alıb gedir və onların daşıyıcıları bu gün meydan sulayır".
Telegram kanalımız