Eyni əməl, fərqli münasibət...

saytların hazırlanması

Evə çatdırılma

Eyni əməl, fərqli münasibət...

Sosial

17 Oktyabr 2025 10:22 12193


Hazırda ölkədə iki xəyanət gündəmdir: Ramiz Mehdiyevin dövlətə xəyanəti və Tovuz rayonunda nəticəsi ağır faciə ilə bitən ailə xəyanəti...

Birincidən hər kəsin xəbəri var. İkinci haqda qısa informasiya verim ki, bilməyənlər də bilsin: Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-cı il təvəllüdlü Mətanət Hacızadə həyat yoldaşı Səbuhi Hacızadə tərəfindən qətlə yetirilib. Sonra Səbuhi özünü asaraq intihar edib. Mediada yayılan xəbərlərə görə, hadisəyə səbəb Mətanətin həyat yoldaşına xəyanət etməsi olub.

Bütün xəyanətlər pisdir. Bütün xəyanətlərin mahiyyəti eynidir. Heç bir xəyanətin bəraəti yoxdur. Ümumiyyətlə düşünürəm ki, belə bir bəraətə şans yaratmağın özü bu diksindirici xüsusiyyətin təbliği ola bilər. pizza

Əxlaq, sədaqət kimi xüsusiyyətlər qanla bağlı olan məsələdir. Xarakterdən asılıdır. Heydər Əliyev bunun ən gözəl tərifini vermişdi: “Həyatda insan hər şeyi öyrənir. İki keyfiyyətdən başqa: Sədaqət və cəsarət. Bu keyfiyyətlər insanın qanında olur”.

Bu iki gündəm olan xəyanət mövzusu ilə bağlı nə müşahidə edirəm? Görünən odur ki, Ramiz Mehdiyevin vətənə xəyanəti ilə bağlı cəmiyyətdə fikir birmənalıdır, yekdildir. Sosial şəbəkədə, mediada fikir bildirən hər kəs ona ən ağır cəzanın verilməsini tələb edir. Hətta elələri var ki 87 yaşlı “Rişeyle” üçün daha uzun ömür arzulayır ki, ölüb canını qurtarmasın, əzab-əziyyət çəksin. Niyə, çünki vətəninə xəyanət edib.

Mətanətin məsələsi ilə bağlı cəmiyyət iki yerə bölünüb. Törədilən dəhşətli hadisəni təqdir edənlərlə yanaşı tənqid edənlər də var. Hər tərəfin özünəməxsus əsaslandırması mövcuddur. Əslində, neytral mövqedən olan adam üçün belə fikirlər səsləndirmək çox asandır. Amma bir məsələ var: Bu fikir bildirənlər özlərini Səbuhinin və ya Mətanətin yerinə qoya bilirlərmi? Səbuhinin yerində kim olmaq istərdi? Ailəsi üçün pul qazanmaq üçün uzaq ölkəyə gedən ərinin yoxluğundan istifadə edib kim Mətanət kimi olmaq istərdi? Normal olmayan şeyləri normal ola bilər kimi təqdim etmək kimin nəyinə lazımdır?!

Məncə öz vətənini satıb Putinin yatağına girməklə ailəsini, uşaqlarını, özünün şəxsi qürurunu, mənliyini, şərəfini satıb həyat yoldaşına xəyanət etmək arasında fərq yoxdur. Qadın və ya kişi, mahiyyət eynidir, xarakter eynidir.

İnsanlar səmimi ola bilmir əksər hallarda. Eyni mahiyyətli məsələnin birini tənqid edib, o birinə haqq qazandırmaq hansı beyinin məhsuludur, bilmirəm.

Həyatda bəziləri öz qüruru, təmizliyi, mənliyi üçün yaşayır. Bu mənəvi keyfiyyətlər itdimi, onlar üçün həyatın heç bir mənası qalmır. Elə ləkələr var ki, onlar təmizlənmir. Bu ləkəni üzərində daşıyıb yaşamaqmı yaxşıdır, yoxsa, bütün yükü çiynindən yerə atıb bu ləkəni ona sıçradanlardan, taledən, həyatdan intiqam alıb sonuncu addımı atmaqmı? Bu suala səmimi cavabı yalnız Səbuhi verə bilərdi. Seçimini etdi və verdi. Nəticə ağırdır, amma biz bəzən səbəbləri bir kənara qoyub nəticəni müzakirə etməyə meylliyik. Bu, bizim ikiüzlülüyümüzdən başqa bir şey deyil. Toxum əkilməyibsə, bu meyvə hardandır?!

Son olaraq...

Ramiz Mehdiyevin xəyanəti illərlə hər kəsə bəlli idi. Dəfələrlə bağışlandı. Xeyri olmadı. Axırda dövlət onu boşadı – yəni bütün səlahiyyətləri əlindən aldı, amma yenə də dayanmadı. Və nəticə hər kəsə bəllidir. Nə dediyimi anladınız?

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Irada
    Qeti maraqli deyil bize. Gundelik yemek haqqinda dusunuruk. Bize Ramizden ne dexli var axi? Bunlar hamisi bas qaymat ucundu. Hakim ozu biler.
    7 months ago
  • Vazeh
    Sonuncu abzasa baxıram. Onda deyirsiniz ki, Mehdiyevin dövlət çevrilişinə cəhdi illərlə sürüb?! Bu nə məntiqdir belə, bu cür şey olmur. Məntiqi əsasdan məhrum olmaqla yanaşı, Mehdiyevin mübarizəsi dövlət adından aparılırdı; hakimiyyətin əleyhdarlarına qarşı. O zaman belə çıxır ki, onun bütün mübarizəsi, məsələn ölkə müxalifəti əleyhinə inkar olunur? Axı bunun əlamətləri görünmür və iqtidar yenə bu mübarizəni Mehdiyev metodları ilə davam etdirir. O zaman vətənə xəyanət və dövlət çevrilişinə cəhd nədə ifadə olunur. Hətta belə də çıxır ki, İ.Əliyev müxalifətin xəttinin hamısını qəbul edir, lakin onları yaxına buraxmadan onların adından hər şeyi özü edir. Bütün hesablar bir-birinə qarışır. Oyun oynamağı buraxın, Allah xatirinə və bir qocadan qoca kişidən əl çəkin. Nəzərə də alın ki, Konstitusiya başda olmaqla aidiyyəti qanunlara əsasən barəsində məhkəmənin ittiham hökmü ilə təqsirli bilinməyən şəxsi cinayət törətmıkdə günahlandırmaq qadağandır. Səbuhiyə gəldikdə isə, intihar etsə də (belə deyilir) Allah ona rəhmət etsin.
    7 months ago