Şair Baba Vəziroğlu televiziyanın pis aqibəti ilə bağlı tənqidə münasibət bildirib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə o, “Xəzər axşamı” verilişində mavi ekranda cəmiyyətin öz əksini gördüyünü deyərək insanları daha səmimi və obyektiv olmağa çağırıb.
“Gəlin səmimi olaq, riyakar olmayaq. Televiziyalara münasibətdə bu qədər amansız olmayaq. Televiziyalar kimi göstərir? Bizi göstərir. Aydan gələnləri, Amerikadan gələnləri göstərmir, bizi göstərir. Əgər orada özümüzü bəyənmiriksə və deyiriksə ki, bu, biz deyilik, bu, elə bizik axı”. pizza mizza
B.Vəziroğlu qeyd edib ki, televiziyanı tənqid etməzdən əvvəl cəmiyyət özünə baxmalıdır.
“Orada özünü necə əyri görürsənsə, bir özünə bax. Bəlkə sən özünü əyri hiss edirsən ki, səni əyri göstərir. Biz düz olsaq, televiziya bizi necə əyri görə bilər, pis göstərə bilər? Bir az da səmimi olaq. Televiziya bizim aynamızdır. Bu bizim dövlətimizdir, televiziya da bizimdir, bizik. Mirzə Ələkbər Sabir də 100 il qabaq deyib: “Niyə belə qaraldırsan qarı gözünü? Yoxsa bu aynada əyri görürsən özünü?”
Aydan Hacı
Telegram kanalımız