Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə əməkdaşlıq məsələləri müzakirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə əməkdaşlıq məsələləri müzakirə olundu

Sosial

27 Oktyabr 2026 17:21 98


Oktyabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, söhbət zamanı ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsinə verdiyi töhfələr yüksək qiymətləndirilib. Azərbaycan Ağsaqqallar Şurası ilə Müsəlman Ağsaqqalları Şurası arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərə toxunulub.

Görüşdə Azərbaycanın qlobal müstəvidə İslam mədəniyyətini və onun fundamental dəyərlərini fəal şəkildə təbliğ etdiyi, bu sahəyə davamlı töhfələr verdiyi diqqətə çatdırılıb. pizza hut

Vurğulanıb ki, 2027-ci ildə ölkəmizdə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Sammitində mühüm məsələlər müzakirə olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!