Zəmanət istəyirsiniz? - Mirzoyan

saytların hazırlanması

Evə çatdırılma

Zəmanət istəyirsiniz? - Mirzoyan

Dünya

27 Oktyabr 2026 17:12 112


Ermənistan, Azərbaycan və digər ölkələrin iqtisadi maraqları iki ölkə arasında sülhün möhkəmləndirilməsinin real təminatına çevrilə bilər.

"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, bunu xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan bildirib.

O, Milli Məclisin iclasında TRIP) layihəsi üzrə Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişinin ratifikasiya layihəsinin müzakirəsi zamanı layihənin həm iqtisadi, həm də geosiyasi əhəmiyyətə malik olduğunu vurğulayıb. pizza mizza

Nazirin sözlərinə görə, Ermənistan üçün faydalar Şimal-Cənub oxu boyunca dəmir yolu bağlantısı, Azərbaycanla ticarət imkanları və bu ölkə vasitəsilə üçüncü ölkə bazarlarına çıxışı əhatə edir.

Mirzoyan nümunə olaraq Ermənistan və Çin arasında yük daşınması üçün daha birbaşa marşrutun yaradılması ehtimalını göstərib. Xarici işlər naziri həmçinin qeyd edib ki, TRIPP çərçivəsində investisiyaların əsas hissəsini Amerika tərəfdaşları ödəyəcək.

Nazir vurğulayıb ki, imzalanmış sənədlər təkcə müharibələrin qarşısını almayıb. O hesab edir ki, həm Ermənistan, həm də Azərbaycan, eləcə də digər ölkələr nəqliyyat əlaqələrinin fasiləsiz işləməsində maraqlı olduqları bir vəziyyət yaratmaq lazımdır:

"Zəmanət istəyirsiniz? Əsl zəmanət maraqdır. Biz də maraqlı olmalıyıq, Azərbaycan da maraqlı olmalıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!