Xalq artisti Faiq Ağayev cəbhə bölgəsində döyüşən əsgərlər üçün sovqat göndərib.
Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan sənətçi onlara məktub da ünvanlayıb:
"Əziz, sevimli, igid qardaşlarım! Bu günlərdə dünyanın dörd bir yanında yaşayan bütün azərbaycanlıların duaları sizinlədir! Mənim müzəffər, mərd, qüdrətli qaliblərim, bütün varlığımla yanınızdayam! Bilin - Vətənimiz Azərbaycan sizin kimi qəhrəmanlar ilə fəxr edir, qürur duyur! Möhkəm dayanın, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə misli görünməmiş zəfərlər qazanın! Sizi böyük həsrət ilə gözləyən əzizlərinizə sağ-salamat qovuşun! Allah Azərbaycan Ordusunun yar və yardımçısı olsun! İnşallah, Şuşada görüşərik və mən orada əlimdə müqəddəs bayrağımız, ətrafımda siz - igidlər, ayaqyalın konsert verəcəyəm!" pizza sifarişi
Bir müddət əvvəl könüllü hərbi xidmət üçün orduya yazılan Ağayev "Səfərbərlik Xidmətindən səbrsizliklə çağırış sms-i gözləyirəm. Yeganə qanuni, icazəli yol budur. Tələb olunduğum an böyük sevgi və həvəslə yola düşəcəyəm” – deyə qeyd edib.
Telegram kanalımız