Bu ərazilərə güclü yağış yağır -   FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərə güclü yağış yağır - FAKTİKİ HAVA

Sosial

08 May 2026 11:39 121


Mayın 8-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Hazırda bəzi rayonlarda arabir şimşək çaxır, yağış yağır. Pepperoni pizza

Yağıntılar bəzi şimal və qərb rayonlarında intensiv xarakterlidir. Şahdağda isə arabir qar yağması müşahidə olunur.

Düşən yağıntının miqdarı Oğuzda 15, Ağdamda 14, Daşkəsən və Gədəbəydə 11, Gəncədə 5, Tərtərdə 4, Balakən, Qəbələ, Göygöl, Xınalıq və Qrızda (Quba) 3, Naftalan, Şəki və Göyçayda 2, Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Şəmkir, Bərdə, Ağstafa, Zaqatala, Yardımlı, Yevlax, Zərdab, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocavənd, Şuşa, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınır.

Mayın 7-də Gədəbəy rayonu ərazisinə saat 19:36-19:37 radələrində xırda ölçülü dolu düşüb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!