Avqustun 27-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkənin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Toyuqlu pizza
Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) və Gədəbəydə 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Mingəçevir, Zaqatala, Goranboy, Şahdağ, Şəki, Oğuz, Şəmkir və Şərurda 1 mm-dək qeydə alınıb.
Bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Culfada 22, Goranboyda 19, Bakı və Abşeron yarımadasında, həmçinin Naftalanda 18, Tərtərdə isə 16 m/s-dək güclənib.
Qusar, Göygöl, Xankəndi, Şahbuz və Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 39, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub.
Aytac Əliyeva
Telegram kanalımız