Avqustun 28-i saat 09:00-a olan məlumata görə, ölkənin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib.
"Yeni Sabah" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidməti açıqlayıb.
Məlumata görə, axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağış qısamüddətli və leysan xarakterli intensiv olub. Sezar pizza
Düşən yağıntının miqdarı Gədəbəydə 20 mm, Qusarda 5 mm, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Göygöl, Qrız, Gəncə, Naftalan, Şəmkir, Sarıbaş (Qax), həmçinin Bakı və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb. Gədəbəydə düşən yağıntı aylıq normanın 37 faizini təşkil edib.
Bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 23 m/s, Neftçala və Culfada isə 18 m/s-dək güclənib.
Qrız və Şahdağda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan Muxtar Respublikasında 38, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti olub.
Aytac Əliyeva
Telegram kanalımız