Ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı ərazilərdə leysan yağışları müşahidə olunur.
Yeni Sabah xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sentyabrın 7-si saat 16:30-a olan məlumatında bildirib.
Qeyd olunub ki, bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Tərtərdə, eləcə də Bakıda və Abşeron yarımadasında 25 m/s, Zaqatalada 23 m/s, Neftçala, Göyçay və Salyanda 20 m/s, Şəki və Zərdabda 18 m/s, Şirvanda 17 m/s, Yevlax, Şahdağ və Göygöldə isə 15 m/s-ə çatır. pizza hut
Bundan başqa, saat 16:05-16:12 radələrində Şahdağa diametri 3 mm olan dolu düşüb.
Saat 16:15-16:19 radələrində isə Şamaxı rayonunun Çuxuryurd və Məlhəm kəndləri ərazisində diametri 0,5 mm olan dolu müşahidə edilib.
Hazırda Gəncə, Balakən, Bərdə, Qrız, Quba, Şamaxı, Şirvan və Zaqatalada yağış yağır, bəzi ərazilərdə şimşək çaxır.
Aytac Əliyeva
Telegram kanalımız