Xəyal Məmmədovun dəhşətli əməli üzə çıxdı -   Şəmkirdə nə baş verib?

saytların hazırlanması

Evə çatdırılma

Xəyal Məmmədovun dəhşətli əməli üzə çıxdı - Şəmkirdə nə baş verib?

Hadisə

03 Noyabr 2026 12:18 105


2013-cü ildə Şəmkirdə xüsusi amansızlıqla qətlə yetirilən qadının qatili 13 il sonra müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs olunub, cinayət işi məhkəməyə göndərilib.

"Yeni Sabah" xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, 2013-cü il avqustun 5-də Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

Faktla bağlı başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılıb. Dördpendirli pizza

İstintaqla müəyyən edilib ki, 1989-cu il təvəllüdlü Xəyal Məmmədov tamah məqsədilə Kifayət Məhərrəmovanın evinə qanunsuz daxil olub. O, üzərindəki qatlanan cib bıçağı ilə qadına çoxsaylı xəsarətlər yetirərək onu xüsusi amansızlıqla qəsdən öldürüb.

Daha sonra mənzildən ümumilikdə təxminən 3 min manat dəyərində pul və qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçıb.

Xəyal Məmmədov 22 sentyabr 2026-cı il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin xüsusi amansızlıqla adam öldürmə, quldurluqla əlaqədar adam öldürmə və quldurluq maddələri ilə yenidən ittiham elan edilib.

Cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İttiham aktı təsdiqlənərək baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!