Fəxrəddin Məmmədov vəfat etdi 

saytların hazırlanması

Evə çatdırılma

Fəxrəddin Məmmədov vəfat etdi 

Sosial

15 Dekabr 2023 09:31 1189


Azərbaycan Tibb Universitetinin (ATU) professoru, tarixçi Fəxrəddin Məmmədov vəfat edib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, uzun sürən xəstəlikdən sonra 75 yaşında dünyasını dəyişib.

Tarixçi ali təhsil müəssisəsinin İctimai fənlər kafedrasının professoru vəzifəsində çalışırdı. Dominos pizza

Qeyd edək ki, Məmmədov Fəxrəddin Nəriman oğlu 1948-ci il dekabrın 13-də Hacıqabul rayonunun Qızılburun kəndində ziyalı ailəsində anadan olub. O, 1966-1971-ci illərdə indiki Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1994-cü ildən isə ATU-da işləməyə başlayıb. F.Məmmədov ATU-nin Böyük Elmi Şurasının, BDU-nin Tarix fakültəsinin müdafiə Şurasının və Azərbaycan Yaradıcılıq Akademiyasının həqiqi üzvü olub. Bundan əlavə, O, "Azərbaycan tarixçiləri” Respublika Cəmiyyətinin sədr müavini idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!