FHN-dən Şamaxıdakı güclü zəlzələ ilə bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

FHN-dən Şamaxıdakı güclü zəlzələ ilə bağlı AÇIQLAMA

Hadisə

27 Fevral 2026 16:24 543


Fövqəladə Hallar Nazirliyi Şamaxıdakı güclü zəlzələ ilə bağlı açıqlama yayıb. 

“Yeni Sabah” xəbər verir ki, açıqlamada bildirilib: 

“Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 27.02.2026-cı il tarixində yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb. 

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”.

Nazim Hacıyev

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!