FIFA prezidenti Canni İnfantinonun baş müşaviri Domeniko Skala istefa verib.
"Yeni Sabah" Sky News-a istinadla xəbər verir ki, o, bu qərarını FIFA-nın dünya çempionatının hüquqlarının satılması ilə bağlı planlarına etiraz olaraq qəbul edib.
Skala hesab edir ki, mundialla bağlı kommersiya hüquqlarının özəl investorların nəzarətinə verilməsi futbolun idarəçiliyində problemlər yarada bilər: Toyuqlu pizza
"FIFA prezidentinin baş müşaviri, keçmiş bankir və ömürlük azarkeş kimi, FIFA-nın dünya kubokundakı payını satmağı düşünməsinə biganə qala bilmərəm. Açıq deyim: Mənim bu təklifdə heç bir iştirakım olmayıb və mən birmənalı şəkildə buna qarşıyam. Bu, FIFA-nın üzv assosiasiyaları üçün, futbol üçün və idmanın uzunmüddətli gələcəyi üçün pis bir razılaşmadır" deyə Skala bildirib.
Telegram kanalımız