“Formula 1” əfsanəsi fələstinliləri ziyarət etdi

saytların hazırlanması

Evə çatdırılma

“Formula 1” əfsanəsi fələstinliləri ziyarət etdi

İdman

11 Noyabr 2026 09:57 61


“Formula 1” üzrə 7 qat dünya çempionu Luis Hemilton Misirə səfəri çərçivəsində Qəzza zolağı ilə Misir arasında yerləşən Rəfah sərhəd-keçid məntəqəsində olub.

“Yeni Sabah” xəbər verir ki, britaniyalı pilot Şimali Sina bölgəsinin qubernatoru Xalid Məqavər ilə birlikdə sərhəd-keçid məntəqəsinin fəaliyyəti, Qəzzadan çıxarılan yaralı və xəstə fələstinlilərin tibbi yardım almaq üçün Misirə aparılması, eləcə də bölgəyə humanitar yardımların çatdırılması istiqamətində görülən işlərlə yaxından tanış olub.

Hemilton daha sonra Əl-Ariş şəhərində Misir Qızıl Aypara Cəmiyyətinə məxsus logistika və humanitar yardım anbarlarına baş çəkib. Burada ona Qəzza üçün nəzərdə tutulan ərzaq, tibbi ləvazimat və digər zəruri ehtiyacların necə qəbul edildiyi, çeşidləndiyi və bölgəyə göndərilmək üçün hazırlandığı barədə ətraflı məlumat verilib. ShopByBro

Misir Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, noyabrın 9-da Qəzzaya göndərilən 308-ci humanitar yardım karvanı 2581 tondan çox yük daşıyıb. 2023-cü ilin oktyabrından etibarən Misir tərəfindən Qəzzaya göndərilən humanitar yardımın ümumi həcmi isə 1 milyon tonu ötüb. Luis Hemilton çıxışı zamanı münaqişələrin dayandırılması və ehtiyacı olan insanlara dəstək göstərilməsi ilə bağlı fikirlərini bölüşüb.

Qeyd edək ki, Rəfah sərhəd-keçid məntəqəsi Qəzzada yaşayan xəstə və yaralıların müalicə üçün Misirə aparılması, eləcə də humanitar yardımların bölgəyə çatdırılması baxımından strateji əhəmiyyət daşıyır.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!