DÇ-2026-nın yarımfinalında Fransa-İspaniya oyunu ilə əlaqədar Fransada təhlükəsizlik tədbirləri gücləndiriləcək.
"Yeni Sabah" xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Loran Nunes bildirib.
Onun sözlərinə görə, iyulun 14-də - Fransada Bastiliyanın alınması günüictimai asayişin qorunması üçün 70 mindən çox polis və jandarm xidmət aparacaq. pizza mizza
Təkcə Parisdə 5 minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı növbə çəkəcək. Onlar həm Elize meydanında keçiriləcək ənənəvi hərbi parad zamanı, həm də axşam Fransa millisinin İspaniya ilə dünya çempionatının yarımfinal matçında təhlükəsizliyi təmin edəcəklər.
Loran Nunes əlavə edib ki, yarımfinal görüşü zamanı ictimai asayişi pozmağa çalışan şəxslərə qarşı heç bir güzəşt edilməyəcək.
Telegram kanalımız