Fransa və Almaniya arasında qalmaqal

saytların hazırlanması

Evə çatdırılma

Fransa və Almaniya arasında qalmaqal

Dünya

08 Sentyabr 2026 10:43 67


Fransanın solçu lideri və prezidentliyə potensial namizəd Jan-Lük Melanşon Almaniyanın hərbi xərclərini artırmaq və Avropanın ən böyük konvensional (nüvəsiz) ordusunu yaratmaq strategiyasını tənqid edib.

“Yeni Sabah” xəbər verir ki, Melanşon Berlinin bu addımının Avropada təhlükəsizlik balansını pozacağını bildirərək Almaniya rəhbərliyindən izahat tələb edib:

“Almaniya Avropanın ən böyük konvensional ordusunu yaratmaq istəyir. Əgər belə bir ordu qururlarsa, bizə kimə qarşı müharibə etməyi planlaşdırdıqlarını izah etməlidirlər. Çünki biz heç kimlə müharibə etmək istəmirik.” Sezar pizza

Qeyd edək ki, Almaniyanın Rusiya-Ukrayna müharibəsindən sonra müdafiə büdcəsini kəskin artırması və xüsusi hərbi fond yaratması Avropada müxtəlif siyasi reaksiyalara səbəb olub. Fransada NATO-ya və bloklaşmaya qarşı çıxan, neytrallığı müdafiə edən Melanşon isə Avropanın yenidən silahlanmasının gərginliyi artırdığını bildirir və Berlini militarizasiyadan çəkinməyə çağırır.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!