Martın 7-nə keçən gecə Fransada etirazçılar depoları, magistral yolları və universitetləri bağlamağa başlayıblar. Bəzi yerlərdə polis toplaşanları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Yenisabah.az “Radio Free Europe”a istinadla xəbər verir ki, bu barədə Fransa DİN məlumat yayıb.
Tələbə LPL hərəkatı isə özünün “Twitter” səhifəsində yazıb ki, gecə saatlarında 200-dən çox insan ölkənin şimal-qərbindəki Loryan şəhərində yolları bağlamağa başlayıb. pizza mizza
Avtobusların hərəkətini əngəlləmək üçün depo işçiləri, həmkarlar ittifaqı nümayəndələri, vətəndaş fəalları və tələbələr Lanyi avtobus parkına toplaşıblar.
Paris və İl-de-Fransda zibilyığanlar nəqliyyatın hərəkətinə mane olub, zibil yığılmasını dayandırıb.
Nəqliyyat işinin iflic olduğu Havr, Kann, Bove şəhərlərində də etirazlar keçirilir.
Bundan əlavə, tələbələr bu gün səhər saatlarında universitetlərin girişlərini bağlamağa başlayıblar.
Fevral ayında Fransa həmkarlar ittifaqları hökumətin pensiya islahatı layihəsini ləğv edilməməsi halında martın 7-də milli tətil elan edib.
Xatırladaq ki, hazırda Farnsada pensiya yaşının 62 deyil, 64 olması nəzərdə tutulur.
Telegram kanalımız