Azərbaycan millisinin yarımmüdafiəçi Rəhim Sadıxovun görüntüləri sosial mediada böyük rezonans doğurub.
“Yeni Sabah” xəbər verir ki, futbolçunun dodaq altına xüsusi maddə qoyması diqqətətdən yayınmayıb.
Bu kadrlar yerli futbolda son zamanlar kəskin tənqid olunan zərərli vərdişlər mövzusunu yenidən gündəmə gətirib. Pepperoni pizza
Xatırladaq ki, bir müddət öncə "Neftçi" klubunun həkimi Rəhim Məhərrəmov ölkə futbolundakı ən böyük təhlükənin məhz "snus" adlanan tüstüsüz tütün məmulatı olduğunu bəyan etmişdi.
Mütəxəssis dodaqla diş əti arasına yerləşdirilən bu zərərli maddənin gənc futbolçular arasında sürətlə yayıldığını, onu legionerlərin ölkəyə gətirdiyini və Azərbaycan futbolunu böyük fəlakətə doğru apardığını xüsusi vurğulamışdı.
Milli komanda üzvünün matçöncəsi çəkilən bu kadrları həkimin həyəcan təbilinin neçə əsaslı olduğunu bir daha nümayiş etdirib.
Nazim Hacıyev
Qeyd: Video “İdmanxeber.az” saytından götürülüb.
Telegram kanalımız