Füzulidə “Ağıllı şəhər“ yaradılacaq

saytların hazırlanması

Evə çatdırılma

Füzulidə “Ağıllı şəhər“ yaradılacaq

Sosial

04 Noyabr 2022 12:41 821


"Füzuli şəhərinin planlaşdırılması ilə bağlı əsas hədəflər dayanıqlı inkişaf, "Ağıllı şəhər" modelinin qurulmasıdır". 

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib.

"Şəhərin mərkəzi hissəsində "Blue Zone" yanaşmalarının tətbiqi nəzərdə tutulub. Bu, planlaşdırmada yeni bir istiqamət kimi nəzərdən keçirilir. Mütəxəssislər şəhər ərazilərində uzun ömürlülüyü araşdırır, onun meyarlarını müəyyən edir və bunlar əsasında planlaşdırmalar həyata keçirir. Füzuli şəhərinin mərkəzi hissəsinə bunu tətbiq edə bilərik", - o deyib. Marqarita pizza

Sədr müavininin sözlərinə görə, Füzuli şəhərinin Baş Planında dəmir yolu və avtovağzal əraziləri də nəzərdən keçirilib: "Füzuli şəhərinin bir xüsusiyyəti budur ki, burada Zəfər yolundan başqa Füzuli-Şuşa dəmir yolu xətti də keçəcək ".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!