G7 ölkələrinin xarici işlər nazirləri Yaponiyanın Karuidzava kurortunda keçirilən işçi şam yeməyi zamanı Çinə müraciət ediblər.
Yenisabah.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi Çinlə bağlı narahatlığını ifadə edib və bu ölkəni dünya birliyinin məsuliyyətli üzvü kimi fəaliyyət göstərməyə çağırıb. pizza sifarişi
O, qlobal problemlərin həlli, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üçün Pekinlə əməkdaşlıq etməyin zəruriliyinə işarə edib. Nazir Çinlə konstruktiv və sabit münasibətlərin qurulmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, G7 ölkələri görünməmiş tezlikdə ballistik raketlər buraxan KXDR-i pisləyiblər.
Telegram kanalımız