Bakıda aptekə silahlı basqın edən şəxslər tutulub.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən apteklərin birində tibbi maskalı 2 nəfərin satıcını bıçaqla hədələyib, sonra kassadan 300 manat pulu talayıb.
Əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Tuncay Quluzadə və Alı Cavadlı müəyyən olunaraq saxlanılıblar. Sezar pizza
Araşdırma aparılır.
Telegram kanalımız