"MİDA evləri, xüsusilə, gənc ailələrin mənzil tələbatının ödənilməsində xüsusi paya malikdir. Nəzərə alsaq ki, sosial evlər kimi tanınan bu mənzillər, bir tərəfdən, gənc ailələrə aylıq daha aşağı ödəniş etməklə ev sahibi olmaq imkanı yaradır, digər tərəfdən isə bütövlükdə mənzil fondunun miqyasının genişləndirilməsinə gətirib çıxarır".
"Yeni Sabah" xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, MİDA yarandığı gündən etibarən ən mühüm prioritet istiqamətlərdən biri şəffaflığın gücləndirilməsi və bütün proseslərin elektronlaşdırılması olub: Dominos pizza
"Nəzərə alsaq ki, MİDA tərəfindən tətbiq edilən elektron və şəffaf seçim prosesi bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib.
Təbii ki, ötən müddət ərzində MİDA tərəfindən həm sistemin daha da yenilənməsi, texnoloji baxımdan yeniliklərin tətbiq olunması, həm də şəffaflığın daha da gücləndirilməsi ilə bağlı addımlar atılıb. Son dəyişikliklər də birbaşa şəffaflığın gücləndirilməsinə və mənzillərə əlçatanlığın artırılmasına imkan verəcək.
Bu, birmənalı şəkildə onu göstərir ki, MİDA tərəfindən sistem, xüsusən də müraciət və mənzillərə əlçatanlığın daha da artırılması mexanizmi mütəmadi olaraq təkmilləşdirilir və şəffaflıq gücləndirilir".
Deputat əlavə edib ki, MİDA mənzilləri ilə bağlı şərtlər güzəştli ipoteka kreditlərinin şərtləri ilə eynidir:
"Burada həm minimum ödəniş məbləği aşağıdır, həm də mənzillər gənc ailələrə təklif olunur. Siyahı genişləndirilib və daha çox vətəndaşımızın bu evlərdən yararlanmaq imkanı yaradılıb.
Eyni zamanda, bütün bunlarla yanaşı, MİDA artıq həm paytaxtda, həm də paytaxtdan kənarda inşa etdiyi evlərin və mənzillərin sayını artırır. Bu da, təbii ki, mənzilə olan tələbin ödənilməsi və əmlak bazarında təklifin artırılması baxımından vacibdir. Çünki nəticə etibarilə bu, xüsusilə gənc ailələrin mənzil təminatına müsbət təsir göstərir və onların mənzilə əlçatanlığını artırır".
Telegram kanalımız