Gəncədə ağır qəza baş verib, bir nəfər ölüb

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə ağır qəza baş verib, bir nəfər ölüb

Kriminal

05 May 2026 08:41 139


Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Sabah” APA-ya istinadla bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan BMW markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında dayanmış “Chevrolet” markalı avtomobilə, daha sonra isə ağaca və köşkə çırpılıb.

Qəza zamanı ərazidə təmizlik işləri aparan 1961-ci il təvəllüdlü Z. Qurbanova avtomobil ilə köşkün arasında sıxılaraq hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!