Gəncədə yanğın olub.
"Yüni Sabah"ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Sözügedən ərazidə yerləşən restoranların birində qəfil yanğın başlayıb.
Hadisə yerinə FHN-nin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. pizza hut
Fakt araşdırılır.
Telegram kanalımız