Gəncədə yük maşını körpüyə ilişib keçə bilmədi - Video

Gəncədə yük maşını körpüyə ilişib keçə bilmədi
Sent 15, 2019 17:42
Oxunma sayı: 93

Gəncədə iri tonnajlı maşın körpüdən keçə bilmədi.

"Yeni Sabah" xəbər verir ki, "BAKU.WS"nin bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Zülfü Hacıyev küçəsində, Gəncə-Samux yolunun "Sovxoz Nizami" adlanan ərazisində yerləşən körpüdə qeydə alınıb.

Avtomobil körpünün dayaqlarından keçə bilməyib. Nəticədə sözügedən avtomobil yolunda 1 saatdan artıq tıxac yaranıb.

Gəncə Dövlət Yol Polisi əməkdaşlarının köməkliyi ilə iri tonnajlı avtomobili körpüdən çıxarmaq mümkün olub və yol hərəkəti təmin edilib.

Yenisabah.az