Gənclər buna görə infarkt olurmuş   - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Gənclər buna görə infarkt olurmuş - XƏBƏRDARLIQ

Sosial

03 İyun 2026 20:36 81


Son vaxtlar sosial şəbəkələrdə və mediada gənc yaşda infarkt nəticəsində həyatını itirən şəxslərlə bağlı xəbərlər diqqət çəkir. Bu hallar cəmiyyətdə narahatlıq yaradaraq bir sualı gündəmə gətirir.

Əvvəllər daha çox yaşlılarda rast gəlinən bu patoloji hal indi "cavan"laşıbmı?

"Yeni Sabah" xəbər verir ki, Bizim.Media-ya danışan kardioloq Dr. Gülanə Ağayeva dünyada olduğu kimi Azərbaycanda da ürək-damar sistemi xəstəliklərinin və infarkt hallarının gəncləşdiyini diqqətə çatdırıb: pizza

“İnfarkt hallarına əsasən 60-70 yaşlı insanlar arasında rast gəlinirdisə, son 5 ildə bu yaş həddi 30-40 və hətta 20-li yaşlara qədər enib. Bunun səbəbi həm risk faktorlarının artması, həm də diaqnostikanın erkənləşməsi nəticəsində bu kimi halların daha tez aşkar edilməsi ilə əlaqədardır.

İnfarkt ürəyin ana damarlarından hər hansı birinin tromb nəticəsində tutulması ilə yaranan prosesdir. İnfarktın yaranma səbəbləri isə gənclər arasında daha çox oturaq həyat tərzi, siqaret, alkoqol, enerji içkilərinin istifadəsi, artıq çəki, hərəkətsizlik, xolesterinin (qanda yağ səviyyəsi) yüksəlməsi, damar sərtləşməsi, arterial hipertenziya (yüksək qan təzyiqi) və çox təəssüf ki, bəzi hallarda narkotik istifadəsi ilə əlaqədardır.

Ailədə ürək xəstəliklərinin, qəfil ölüm və infarkt hallarının olması və şəkərli diabet də ürək-damar xəstəliklərinin və infarktın əsas risk faktorlarına daxildir”.

Bəs, ürək-damar xəstəliklərinin əlamətləri hansılardır? Bu halda hansı profilaktik tədbirlər görülə bilər?

“Fiziki aktivlik zamanı hər hansı bir narahatlıq və ya ağrı hiss edilirsə və yuxarıda sadalanan risk faktorları varsa, fiziki aktivlik zamanı təngnəfəslik, sinədə yanma və ya göynəmə kimi hallar müşahidə olunursa, o zaman laqeyd yanaşmadan həkimə müraciət etmək lazımdır”- deyə kardioloq qeyd edir.

G. Ağayevanın sözlərinə görə, sözügedən problemlərin profilaktikası üçün sadəcə risk faktorlarından qorunmaq, zərərli vərdişləri azaltmaq, oturaq həyat tərzindən aktiv həyat tərzinə keçmək, həkim nəzarətindən sonra idmanla məşğul olmaq və mütəmadi olaraq kardioloq nəzarətində olmaq lazımdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!