“Gənclərdə Allah qorxusu olsa...“   - Ateist cəmiyyətdə böyümüş Əməkdar artist

saytların hazırlanması

Evə çatdırılma

“Gənclərdə Allah qorxusu olsa...“ - Ateist cəmiyyətdə böyümüş Əməkdar artist

Sosial

29 Noyabr 2021 17:49 1161


Ötən gün Bakıda daha bir intihar hadisəsi qeydə alınıb. Bu dəfə 19 yaşlı Fidan Niftəliyeva özünü “Qələbə Residence” yaşayış kompleksi (Yasamal rayonu) binalarından birindən yerə atıb. İntihar etmiş gənc qız çılpaq çəkildiyi videoları ilə şantaj edilirmiş.

Mövzu ilə bağlı Yenisabah.az-a Əməkdar artist, “Bakılı oğlanlar”, “KVN” teatrının aktyoru Bəhram Bağırzadə bildirib:

“Son vaxtlar bu cür hadisələrin sayı artıb. Şərh olaraq bircə şey deyə bilərəm: nə qədər ki, məktəblərdə dini dərslər keçirilmir, bu tip intihar hadisələri təkrarlanacaq. İnsanlara uşaq yaşlarından başa salınmalıdır ki, ən böyük günahlardan biri intihardır. Bunu başa salandan sonra ilahi əzab qorxusu yaranacaq və bir daha bu fikrə düşməyəcəklər.  pizza hut

Hər şey bu qorxunun yoxluğundan irəli gəlir. İnsanlara bunu mütləq başa salmaq lazımdır. Bu vacibdir, nə olursa-olsun insan özünə qəsd etməməlidir. Bunu başqa cür başa salmaq mümkün deyil. Bu, mənim baxış bucağımdır. Heç olmasa, ayda bir dəfə bir saat məktəblərdə dini dərslər keçirilməlidir. Ehkamlar başa salınmalıdır ki, nələr olar, nələr olmaz”.

Aktyor Allahdan qorxan gənclərin intihar etməyəcəyi qənaətindədir:

“Dində qadağalardan biri də məhz intihardır. Allahdan qorxan yeniyetmə, gənc biləcək ki, bu günahdır. Bu o demək deyil ki, bundan sonra intiharlar ümumiyyətlə, olmayacaq. Xeyr, yenə olacaq, amma intihar göstəricisi azalacaq. 

Sovet vaxtında belə intihar hadisələri çox az idi. Baxmayaraq ki, o dövrdə ateizm dövlət siyasətiydi, dini ehkamlarla bağlı məlumat yoxudu, lakin insanlarda Allah qorxusu var idi. İndi isə o qorxu yoxdur. Dostoyevskinin təbirincə, “Allah yoxdursa, deməli, hər şey mübahdır”?!”

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • BAKiDAN
    Salam aleykum Tamamile raziyam, Lazimdir terbiyye. Amma Behram , mutleq cezalarda tetbiq edilmelidir, hettA oLum cezasi Dinimize gore...
    4 years ago