Sərhəd mühafizəsinin formalaşması və inkişafında mühüm xidmətləri olmuş "Azərbaycan Bayrağı" ordenli general-mayor İsgəndər İmanverdi oğlu Allahverdiyevin dəfn mərasimi keçirilmişdir.
“Yeni Sabah” xəbər verir ki, Hərbi Memorial Məzarlıqda keçirilən mərasimdə mərhumun ailə üzvləri və yaxınları, Dövlət Sərhəd Xidmətinin, Müdafiə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər heyəti, hərbi qulluqçular, veteran sərhədçilər, dövlət qurumlarının əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim zamanı general-mayor İsgəndər Allahverdiyevin Azərbaycan dövlətçiliyinə, təhlükəsizlik və sərhəd mühafizəsi orqanlarında xidmətlərinə toxunulub, onun əziz xatirəsi ehtiramla yad edilib. pizza hut
Mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.
Fotolardan aydın olur ki, generalın dəfnində DTX rəisi Əli Nağıyev, müdafiə naziri Zakir Həsənov, DSX rəisi Elçin Quliyev də iştirak ediblər.
Telegram kanalımız