Generallar Ermənistanla sərhəddə: Nə baş verir? –  Sabiq deputatın təşvişi

Generallar Ermənistanla sərhəddə: Nə baş verir? – Sabiq deputatın təşvişi

Siyasət Veb saytların hazırlanması

03 Dekabr 2023 12:15 2316


“Azərbaycanın Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev və digər generalların Ermənistanla sərhəddə yerləşən hərbi hissələrə gəlməsi diqqət çəkir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki Müqavilə” partiyasının sabiq deputatı Tatevik Ayrapetyan yazıb.

O, dekabrın 2-də Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxslərinin Ermənistanla sərhəddəki hərbi hissələrdə olmasını təşvişlə qarşılayıb.

“Azərbaycanın fəaliyyət planına qarşı peşəkar diplomatiya tətbiq edilməlidir”, – Ayrapetyan sülh müzakirələrinin getdiyi bir vaxtda hansısa əməliyyatlara işarə edib.

Qeyd edək ki, rəsmi Bakı yeni hərb variantı olmadığını, sülh gündəliyinə sadiq qaldığını bir qədər əvvəl də bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!