Ötən gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid Şükür Həmidovun qızı Əzizə xanımın toyu olub.
“Yeni Sabah”ın məlumatına görə, Milli Qəhrəmanın qızının toyunda generallar da iştirak edib.
Şəhid qızının toyunda Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, general-leytenant Mais Bərxudarov, general-mayor Münasib Babayev, general-mayor Xəqani Cəbrayılov və bir neçə rayonun icra başçıları iştirak ediblər. pizza hut
Qeyd edək ki, Əzizə xanım Nicat adlı şəxslə ailə qurur.
Xatırladaq ki, Şükür Nəriman oğlu Həmidov 1 aprel 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində anadan olub.
Qeyd edək ki, Şükür Həmidov Aprel döyüşlərində “Lələtəpə”nin alınması uğrunda gedən döyüşlərdə şücaət göstərib.
Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına (sağlığında) layiq görülüb.
Şükür Həmidov Vətən Müharibəsində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Telegram kanalımız