“Görün, Putin Paşinyanı necə bezdirib ki...” - Erməni nəşri

saytların hazırlanması

Evə çatdırılma

“Görün, Putin Paşinyanı necə bezdirib ki...” - Erməni nəşri

Rəsmi

19 Noyabr 2022 10:52 1437


Nikol Paşinyanın parlamentdə Rusiyanın təkliflərini 2021-ci ilin yanvarında qəbul etməsi ilə bağlı çıxışı hakim “Mülki müqavilə” fraksiyasının deputatlarını təəccübləndirib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Erməni nəşri əlavə edib: “Məsələ ondadır ki, hakim partiyanın qapalı iclaslarında Paşinyan şəxsən partiya üzvlərinə Rusiya əleyhinə bəyanatlar verməyi tapşırıb, hətta bəziləri açıq mətnlə Rusiyanın Ermənistandan Zəngəzur dəhlizini istədiyini bəyan ediblər. Elə sentyabr ayında o öz qəzeti olan “Haykakan Jamanak”da “etibarlı mənbələrə” istinad edərək “Rusiyanın nə istəyir?” adlı məqaləsini yazmışdı.

“Vətəndaş müqaviləsi” üzvləri şəxsi söhbətlərdə məəttəl qalır və deyirlər: Görün, Putin Paşinyanı necə bezdirib ki, o, mövqeyini 180 dərəcə dəyişib”.

Xatırladaq ki, Paşinyan Rusiyanın təklifi ilə bağlı susmaqdan danışmışdı:

“Mən bu barədə sırf nəzakətdən danışmadım, amma... Mövzuya aydınlıq gətirmək imkanı verdiyi üçün Rusiya Federasiyasının prezidentinə təşəkkür edirəm. Bugünkü mövqeyimizə gəldikdə isə əslində, müxalifətin bizdən tələb etdiyi mövqeləri çoxdan qəbul etmişik. Başa düşmürəm, “Artsax” və Ermənistanın maraqlarından irəli gələn mövzular haqqında danışmaq nə vaxtdan düzgün deyil?!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!