Gözlənilməz əməliyyat -   Bakıda gizli mənzildən çıxanlar şok yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Gözlənilməz əməliyyat - Bakıda gizli mənzildən çıxanlar şok yaratdı

Kriminal

01 Oktyabr 2026 14:40 137


Bakıda qanunsuz onlayn qumar oyunları təşkil edən şəbəkənin üzvləri saxlanılıb.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən məlumat verilib.

Əməliyyat tədbirləri nəticəsində qanunsuz onlayn qumar oyunlarının təşkilində şübhəli bilinən Xəqani Əlizadə, Vüsal Tağıyev, Asim Zeynal, Emin Mahmudov, Sultanəli Bayramov və Tural Kərimli müəyyən edilərək saxlanılıblar. pizza

Araşdırma zamanı məlum olub ki, onlar Yasamal rayonunda kirayə götürdükləri mənzildə istifadəsi qadağan olunan “chckeeper.net” internet resursu üzərindən “Tilk007”, “Rahat001” və “Rahat98” adlı virtual kassalar yaradıblar.

Şübhəli şəxslərin “Jaguar casino” və “Rahat casino” profilləri vasitəsilə qanunsuz onlayn mərc və qumar oyunları təşkil etdikləri, iştirakçıları “WhatsApp” və “Telegram” platformaları üzərindən cəlb etdikləri müəyyənləşdirilib.

Mənzilə baxış zamanı qanunsuz fəaliyyətin təşkilində istifadə olunan 55 mobil telefon, 177 bank kartı və digər elektron məlumat daşıyıcıları aşkar edilərək götürülüb.

Saxlanılan şəxslərin qanunsuz onlayn qumar fəaliyyəti çərçivəsində həyata keçirdikləri maliyyə əməliyyatlarının ümumi dövriyyəsinin 5 milyon manatdan çox olduğu müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Altı nəfərin hər biri təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda qanunsuz fəaliyyət mexanizminin və maliyyə əməliyyatlarının digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!