Güclü külək məktəbin dam örtüyünü uçurdu

saytların hazırlanması

Evə çatdırılma

Güclü külək məktəbin dam örtüyünü uçurdu

Hadisə

06 Aprel 2025 23:53 369


Bu gün günorta saatlarında baş verən güclü külək nəticəsində Şəmkir rayonunun Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbinin dam örtüyü aşıb.

Yenisabah.az "Azərbaycan müəlliminə" istinadən xəbər verir ki, yaranmış vəziyyəti nəzərə alaraq sabahdan etibarən məktəbin şagirdləri müvəqqəti olaraq təhsillərini qonşuluqda yerləşən Vüqar Alırzayev adına İrmaşlı kənd tam orta məktəbində davam etdirəcəklər.

Qeyd edək ki, Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbi 2000-ci ildə kənd sakinləri tərəfindən inşa olunaraq istifadəyə verilib. Məktəb 372 şagird üçün nəzərdə tutulub. Hazırda burada 750 şagird təhsil alır. Təhsil ocağı 34 sinif komplekti və 24 sinif otağı ilə fəaliyyət göstərir, dərslər iki növbəli təşkil olunub. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!