Sakit Okean sahillərindəki Nankay çuxurunda baş verə biləcək 9 bal gücündə zəlzələ 298 min insanın ölümünə səbəb ola bilər. 30 il ərzində gözlənilən zəlzələnin 10-30 metr hündürlüyündə sunami dalğalarına səbəb ola biləcəyi təxmin edilir.
Yenisabah.az xəbər verir ki, bu haqda Yaponiya hökümətinin dərc etdiyi zəlzələ hesabatında bildirilib.
2011-ci ildə 9 ballıq zəlzələ və sunamidən sonra nüvə fəlakətinə səhnə olan Yaponiyada mütəxəssislər tərəfindən hazırlanan hesabat yeni bir "meqa zəlzələ"nin daha böyük dağıntılara səbəb ola biləcəyini ortaya qoyub.
Yaponiya Nazirlər Kabinetinin yaydığı hesabatda Sakit Okean sahillərində Nankay çökəkliyində 9 bal gücündə zəlzələnin baş verə biləcəyi xatırladılıb və bunun hündürlüyü 10-30 metr arasında dəyişən sunami dalğalarına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.
Zəlzələnin qışda və gecə vaxtı baş verəcəyi təqdirdə ölənlərin sayının 298 minə çata biləcəyi bildirilir və ölüm sayına sunaminin təsir edəcəyi vurğulanıb.
Belə bir ssenari 2,35 milyon binanın dağıdılması və ölkə əhalisinin təxminən 1 faizinə bərabər olan 1,23 milyon insanın təxliyəsi ilə nəticələnə və 270,3 trilyon yen (təxminən 1,81 trilyon dollar) iqtisadi ziyana səbəb ola bilər.
Məlumdur ki, dünyanın ən seysmik ölkələrindən biri olan Yaponiyanın Sakit okean sahillərində yerləşən Nankay çuxurunda yaxın 30 il ərzində 8-9 bal gücündə zəlzələnin baş vermə ehtimalı təxminən 80 faizdir.
Aytac Şahin
Telegram kanalımız