Gülşən 3 il müddətinə həbs oluna bilər 

saytların hazırlanması

Evə çatdırılma

Gülşən 3 il müddətinə həbs oluna bilər 

Şou

01 Mart 2023 15:20 884


Türkiyəli müğənni Gülşənin başı dərddədir. Konsertlərinin birində İmam Hatip məzunlarına qarşı dediyi “Əvvəllər İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir” sözlərinə görə ittiham olunan ifaçı həbs təhlükəsi ilə üzləşib.

Yenisabah.az “ Hüriyyət”ə istinadla xəbər verir ki, prokuror Gülşənin “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək və ya təhqir etmək” cinayətinə görə 1 ildən 3 ilə qədər azadlıqdan məhrum edilməsini istəyib.

Məşhur müğənni İstanbul 11-ci Ağır Cəza Məhkəməsində keçirilən iclasda iştirak etməyib. Onu vəkilləri təmsil edib. İmam Hatip tərəfdarları haqqında söylədiyi sözlərə görə 3 ilə qədər həbs cəzası gözlənilən Gülşənin işinə rəy verilib.  pizza sifarişi

PÜNHAN 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!