İqtisadiyyat Nazirliyində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin prioritet inkişaf istiqamətləri nəzərdən keçirilib, enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Yenisabah.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Tərəfdaşlığın möhkəmləndirilməsi üçün ölkəmizin əlverişli biznes və investisiya mühiti qeyd olunub, sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, əczaçılıq, İKT, enerji sahələrində uğurlu fəaliyyətdən bəhs edilib. Bu əməkdaşlığın həm ölkələrimiz üçün, həm də regional inkişaf üçün xüsusi əhəmiyyət daşıdığı nəzərə çatdırılıb.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iqtisadi-ticarət əməkdaşlığının inkişaf perspektivləri barədə fikirlərini bölüşüb, birgə layihələrin önəmini diqqətə çatdırıb.
Telegram kanalımız