Gürcüstan və Azərbaycan arasında pul köçürmələri artdı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan və Azərbaycan arasında pul köçürmələri artdı

İqtisadiyyat

17 İyul 2026 14:15 68


Gürcüstan Milli Bankının açıqladığı son statistikaya əsasən, bu ilin iyun ayında Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı pul köçürmələrinin həcmində artım qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, hesabat ayında Azərbaycandan qonşu ölkəyə 3,32 milyon ABŞ dolları həcmində pul köçürülüb. Bu göstərici ötən ilin iyun ayı ilə müqayisədə 6,93% çoxdur. Ay ərzində Gürcüstana göndərilən ümumi pul köçürmələrində Azərbaycanın payı 0,95% təşkil edib.

Eyni dövrdə Gürcüstandan Azərbaycana yönələn pul vəsaitlərinin həcmində daha böyük artım müşahidə olunub. Belə ki, qonşu ölkədən Azərbaycana 7,67 milyon ABŞ dolları göndərilib ki, bu da illik müqayisədə 33,6% artım deməkdir. pizza hut

İyun ayında dünyanın müxtəlif ölkələrindən Gürcüstana ümumilikdə 348,26 milyon dollar vəsait daxil olub. Gürcüstandan xarici ölkələrə göndərilən ümumi məbləğ isə 39,8 milyon dollar təşkil edib.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!