Gürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötdü

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötdü

Dünya

19 Sentyabr 2026 14:59 141


Gürcüstanda uşaq bağçalarında baş verən zəhərlənmə səbəbindən 100-dən çox azyaşlı xəstəxanaya yerləşdirilib.

"Yeni Sabah" xəbər verir ki, bunu səhiyyə naziri Mixeil Sarcveladze məlumat yayıb. Nazir qeyd edib ki, qeydə alınan halların heç birində hər hansı bir fəsad və ya ciddi təhlükə müşahidə olunmayıb.

"Hazırda araşdırma prosesi davam edir və biz yekun nəticələri gözləməliyik. Çünki mövcud vəziyyəti aydınlaşdırmaq üçün ən yaxşı və səmərəli vasitə məhz istintaqdır. İlkin olaraq onu deyə bilərəm ki, bu hadisə zamanı 100-dən artıq uşaq zərər çəkib və onların xəstəxanaya aparılması zərurəti yaranıb. Lakin xoşbəxtlikdən, heç bir halda xüsusi diqqət tələb edən ağır vəziyyət, həmçinin fəsadlar və ya hər hansı risk qeydə alınmayıb. Xoşbəxtlikdən, hər şey sakit ötüşdü, lakin bu, hadisənin səthi araşdırılacağı mənasına gəlmir. Təbii ki, istintaq tam miqyasda aparılacaq, bunun üçün bütün zəruri addımlar atılır. Genişmiqyaslı araşdırmanın nəticəsində nə baş verdiyini öyrənəcəyik və bütün təqsirkarlar məsuliyyətə cəlb olunacaq. Qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək, istər müqavilələrin ləğvi, istərsə də konkret şəxslərin cəzalandırılması olsun. Düşünmürəm ki, bu araşdırma uzun çəkəcək, bütün suallara çox qısa zamanda cavab tapa bilərik. Ümumi yanaşmamız bundan ibarətdir", - deyə Sarcveladze bildirib./Oxu.az Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!