“Guya şair olub” -   Rəşid Mahmudov Elza Seyidcahana cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

“Guya şair olub” - Rəşid Mahmudov Elza Seyidcahana cavab verdi

Şou

24 Dekabr 2025 14:52 30438


“O, şeirləri ilə kimin ağzını tikir? Guya şair olub. Şeir yazmağın öz mənaları var”.

Bunu “Yeni Sabah”a açıqlamasında tanınmış alim, tibb elmləri namizədi Rəşid Mahmudov deyib.

Əməkdar artist Elza Seyidcahanla aralarındakı gərginliyə münasibət bildirən R.Mahmudov söyləyib ki, xalq onları yaxşı tanıyır: Marqarita pizza

“Məni ona qarşı, onu da mənə qarşı qızışdırırlar. Yaxşı jurnalist olmaq lazımdır. İnsanları dalaşdırmaqla heç nə əldə etmək olmaz. O da nə deyir desin. Mən bilirəm, xalq da bilir ki, hansı yuvanın quşudur”.

Qeyd edək ki, Rəşid Mahmudov bir neçə gün öncə E.Seyidcahanla bağlı qalmaqallı açıqlama verib. Həkim verilişlərin birində bəstəkar-müğənnini dəli adlandırıb:

“Elza Seyidcahanda dəlilik əlamətləri, özünü böyütmək ideyaları var. Kimdə özünü böyütmək ideyası varsa, bu şizofreniyanın manyakal formasıdır”.

Elza Seyidcahan isə cavab olaraq bildirib:

“Dəli olum, amma qaranlıqdan baxanlara işıq olum. Axı Elza Seyidcahan öncədən hər şeyi zərgər dəqiqliyində şeirlərinin vasitəsi ilə deyib. Onlara büsbütün “Tikim”, “Sapım” şeirlərində cavab var. Çox diqqətlə, yaxş-yaxşı oxusunlar. Onlar özləri özlərini təhqir edirlər. Məni isə... “Aşılanıram”, yəqin Allah məni daha yüksək, şərəfli rəflərə hazırlayır. “Tikin məni qūbbələrdə”

Mən qaranlıqda həqiqətəm. Ölün, utanın, yerə girin. Yazıqsınız. Öz yazıqlığınızı göstərirsiniz. Biz bir gündə 3 dəfə libasımızı başdan-ayağa dəyişirik. Siz bəlkə aylarla üzünüzü yumursunuz. Amma gəlib xalqa millət deyirsiniz. Ölün, utanın, yerə girin. Ölmüsünüz, xəbəriniz yoxdur”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Əkbər
    Hərə bir cür dəlidi.Elzaseyidcahan isə hər cürə dəlidi
    5 months ago
  • Orkhan Sharif
    Aylblar olsun!
    5 months ago
  • Vətəndaş
    Bu xanım təxminən 50 yaş civarında olar. Belə çıxır ki, 28-30 yaşlarından direktor işləyib. Bu kollecin belə gərəksiz olduğunu təsəvvür eləməzdim???????????? Görünür day-dayı güclü olub ( bu elə 22 il müddətdə vəzifədə qalmasından da görünür). Azərbaycandı da, heç də təəccüblü olmamalıdı????
    5 months ago
  • Sahib
    Rəşid müəllim diaqnozu dəqiq qoyub, Elza da öz cavabı ilə təsdiq edib...
    5 months ago
  • Akif
    Rəşid müəllim yaşlaşdıqca xərifləyir. Qoşuldu televizor şou proqlamlarındakı düşük oxuyanlara. Tibdən başqa nəyə deyirsən burnunu soxur.
    5 months ago
  • Fariz
    Paltar dəyişməklə təmiz olmurlar. Bizi kim idarə edir? Ağız tikən qadın AYB-nin üzvü olur? Kim tapşırıb onu Anara? Rəşid m-ə dil də çıxardır. Xəstədi də.
    5 months ago
  • Hə,i
    Halaldı Rəşid müəllimə.Həqiqəti deyir.Şeir nə olduğunu bilməyənlərə sözün deyir.
    5 months ago