Hacıqabulun su basmış kəndində son VƏZİYYƏT 

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulun su basmış kəndində son VƏZİYYƏT 

Sosial

29 İyun 2024 10:24 457


Xəbər verdiyimiz kimi, son günlər aramsız yağışlar Hacıqabul rayonu Qubalıbaloğlan kəndi ərazisində təhlükəli vəziyyət yaradıb. 

Modern.az kənddəki son vəziyyəti öyrənmək üçün Qubalıbaloğlan kənd bələdiyyəsinin sədri Mircəfər Əsgərov ilə əlaqə saxlayıb. 

O bildirib ki, vəziyyət hazırda yaxşıdır.  pizza

"Dünən bəndin suları kəsilib, axının qarşısı demək olar tamamilə alınıb. Sel gəlməyə davam edir, amma daha çox fəsad verməsi gözlənilmir. Bundan sonrası üçün lazımi tədbirlər görülüb. 40 metrə qədər bənd çəkildi. İndi isə seldən geri qalan lil təmizlənir. Bütün fəsadlar aradan qaldırılması üçün işlər aparılır". 

Qeyd edək ki, Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlməsi səbəbindən subasmaya məruz qalmış ərazilərdə gün ərzində köməksiz vəziyyətdə qalmış 8-i uşaq olmaqla ümumilikdə 81 nəfər vətəndaş Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!