Hacıyev: Ermənistan Konstitusiyasında dəyişiklik prosesə müsbət təsir edəcək

saytların hazırlanması

Evə çatdırılma

Hacıyev: Ermənistan Konstitusiyasında dəyişiklik prosesə müsbət təsir edəcək

Siyasət

02 Oktyabr 2026 10:53 70


Hazırda Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri mövcuddur. Ticarət əlaqələri, biznes münasibətləri, iki ölkə arasında etimadın yaradılması üçün tədbirlər və digər addımlar bir müddət əvvəl təsəvvür belə edilmirdi.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri CAMCA Regional Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentinin köməkçisi vurğulayıb ki, illərlə davam edən münaqişədən əziyyət çəkən nəsil bölgədə davamlı və dayanıqlı sülhün bərqərar olacağına ümid edir: pizza sifarişi

“Biz Azərbaycan və Ermənistanın gələcək nəsillərinin münaqişədən əziyyət çəkməsini istəmirik. Düşünürəm ki, Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək. Biz Ermənistan xalqının Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!